Reluxe Collection-dan ümumi istifadə şərtləri və qaydaları
Reluxe Collection saytında elanların yerləşdirilməsi Reluxe Collection platformasının qaydaları və şərtləri ilə tənzimlənir.
Qaydaların pozulması və ya istifadəçilərin elan üzrə çoxsaylı şikayətləri həmin elanların və sahiblərinin şəxsi hesablarının bloklanması və ya birdəfəlik silinməsi ilə nəticələnir.
Ödəniş edilib reklam verilmiş elan belə bu qaydalara və şərtlərə uyğun olmalıdır.
Qaydalar:
- Məhsul yerləşdirmə
- İstifadəçi bir hesab üzərindən platformada maksimum Administrasiya tərəfindən təyin olunmuş limit qədər məhsul və ya elan yerləşdirə bilər. Yerləşdirilmiş elanlar saytın və mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Eyni elanlar təkrarlanmamalıdır. Məhsulunuzun elanı 30 gün müddətində aktiv olur. Bu müddət sayt rəhbərliyi tərəfindən artırılıb azaldıla bilər. Bu müddət başa çatdıqda elanınız avtomatik olaraq dayandırılır və heç bir xəbərdarlıq edilmədən silinə bilər. İstifadəçi müddəti başa çatmış məhsulu yeniləyə və ya təkrar yerləşdirə bilər.
- Elan yerləşdirmə limitini aşmış istifadəçilər öz elanlarını ödənişli xidmətlərimizdən istifadə etməklə ödənişli şəkildə yerləşdirə bilərlər.
- Məhsul yerləşdirərkən digər istifadəçilərin məhsullarının şəkillərindən istifadə etmək qadağandır.
- Yerləşdiriyiniz məhsulun məlumatlarını yoxlamadan keçirən moderatorlar və administrativ heyət məhsula düzəliş etmək və ya silmək, qəbul etməmək hüququnu özündə saxlayır.
- Eyni hesabdan təkrar olaraq yerləşdirilmiş eyni məhsul platformadan silinir.
- Şəxsi məlumatlar
- Şəxsi əlaqə vasitələri mütləq şəkildə düzgün qeyd olunmalıdır: ad, elektron poçt, telefon nömrəsi.
- Qeydiyyatdan keçərkən işlək olan elektron poçt ünvanından istifadə etməlisiniz. İşlək olmayan elektron poçt ünvanından istifadə etdikdə sizin şikayət, təklif və ya digər tələbləriniz məlumat mərkəzimiz və ya administratorlar tərəfindən cavablanmaya və ya həll edilməyə bilər.
- Şifrənizi unutduğunuzda qeydiyyatdan keçdiyiniz məlumatlara əsasən sizə yeni şifrə təyin etmə keçidi göndəriləcək. Əgər məlumatlarınız düzgün olmasa bu keçid sizə göndərilməyə və ya hesabınızda olan məbləğlər, məhsullar, elanlar silinə bilər.
- Qeydiyyat zamanı telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin məhsulun adında və ya digər hissələrində qeyd olunması yolverilməzdir.
- Nəzərə alın ki, digər bir şəxsin telefon nömrəsi ilə qeydiyyatdan keçərək həmin şəxsin sizin məlumatları rahatlıqla əldə etməsinə şərait yaradırsınız.
Qeydiyyat zamanı telefon nömrəsini yalnış qeyd etmisinizsə bunu sonradan hesabınızda dəyişə və ya yenidən öz telefon nömrənizlə hesab aça bilərsiniz.
İstifadəçi yerləşdirdiyi məhsulun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə təkbaşına məsuliyyət daşıyır.
- Məshula düzəliş
- Məhsulunuzda, onun məlumatlarında düzəliş etmək üçün hesabınızdakı “Məhsullar”-”Düzəliş et” bölməsinə keçid edə bilərsiniz.
- Bu keçid yalnız məhsulun şəkli, məlumatları və qiyməti kimi dəyişiklərini həyata keçirir.
- Düzəliş edilmiş məhsullar da qaydalara uyğun deyilsə silinə bilər..
- Məhsul yerləşdirərkən kateqoriyanın düzgün seçilməməsi
- Məhsulun aid olmadığı kateqoriyada yerləşdirilməsi və alıcıların aldadılması qəti qadağandır.
- Məhsulun bütün məlumatları həqiqəti əks etdirməlidir.
- Məhsulunuza ən çox uyğun gələn kateqoriyanı seçin. Əgər yerləşdidiyiniz məhsula seçdiyiniz kateqoriyadan daha çox uyğun gələn bir kateqoriya olduğu aşkarlanarsa həmin məhsul o kateqoriyaya yerləşdirilə və ya silinə bilər.
- Məhsulun adı
Məhsulun adı qısa, təqdim olunan məhsula uyğun olmalıdır. Məhsulun adı alıcıların diqqətinə çatdırılan ilk şeydir. Onu bacardığınız qədər qısa və aydın yazın.Məs.: “ZARA Don”. Bunları məhsulun adında qeyd etmək qadağandır:- Düzgün: Stradivarius Ayaqqabı
Yanlış: Ayaqqabı Stradi - Düzgün: US Polo Köynək
Yanlış: USPOLO KÖYNƏK
- Düzgün: Zara Don
Yanlış: Zara Don 0500000000 - Düzgün: Zara Don
Yanlış: Zara Don 5 manat
- Düzgün: Bershka Şalvar
- Yanlış: Bershka-Şalvar!!
- Düzgün: Nike Köynək
- Yanlış: Nike koynek köynek köynək top paltar ayaqqabi nike adidas
- Qısa abreviaturalardan istifadə;
- Əlaqə vasitələrini və ya qiymət qeyd etmək (telefon nömrəsi, elektron poçt ünvanı, ünvan);
- Simvollar (*^@+>), həmçinin, çoxlu sayda işarə və ya sual işarəsi;
- Təkrarlanan açar sözlərdən istifadə. Axtarış sistemləri onları spam kimi qəbul edə bilər və bu da reklamınızın axtarış nəticələrində çıxmasına mane olar;
- Düzgün: Stradivarius Ayaqqabı
- Məhsulun qiyməti
- Məhsulun qiyməti ona ayrılmış hissədə qeyd olunmalıdır. Məhsulun adında və Ümumi məlumat bölməsində yox. Bu sizin elana düzəliş edilməsinə və ya ümumiyyətlə qəbul edilməməsinə səbəb ola bilər. Məhsulun qiymətini şərti və ya real bazar qiymətlərinə uyğun olmayan qaydada qoymaq qəti qadağandır. Misal üçün: Siz “Bershka” model köynək satırsınız. Məhsul yerləşdirərkən qiymət olaraq 15000 AZN və ya məlumatda başqa ölçülərinin olduğunu, daha çox məhsulunuzun olduğunu qeyd edirsiniz. Bu zaman sizin məhsul elanının silinəcək və ya ümumiyyətlə qəbul olunmayacaq. Unutmayın ki, alıcılar sizin şəkildə göstərdiyiniz, qeyd etdiyiniz məhsula görə ödəniş edəcək və sizdən bunu tələb edəcək.
- Bütün məbləğlər manatla göstərilməlidir və bütün əməliyyatlar manatla aparılır.
- Məhsulunuzu Pulsuz vermək istəyirsinizsə bu zaman bizimlə əlaqəyə keçərək bunu edə bilərsiniz.
- Almaq istədiyiniz və ya axtardığınız məhsul elanını saytda yerləşdirmək qadağandır.
- Məhsulunuz satılan zaman aşağıdakı qiymət aralığına əsasən siz satıcı olaraq sadəcə komissiya haqqı ödəyəcəksiniz:
Komissiya və xidmət haqqı:
- Satılan məhsuldan 20% komissiya haqqı tutulur.
Qeyd: Komissiya haqqı alıcılara deyil, yalnız satıcılara aiddir. Alıcı sadəcə almaq istədiyi məhsulun ödənişini edir.
- Məhsulun məlumatları
- Bir məhsul haqqında məlumatlarda yalnız həmin məhsul haqqında məlumatlar yazılmalıdır. Alıcılar məhsul axtarışa verərkən bu məlumatlara istinad olurlar. Ona görə də çalışın ki, məlumatlar dolğun, geniş və aydın olsun.
- Məlumatlar hissəsində bir neçə məhsul haqqında məlumat verilməsinə, çatdırılma, qiymət kimi mövzularda məlumat verilməsinə və ya əlaqə məlumatı yerləşdirilməsinə yol verilmir.
- Məhsulun məlumatlarını yazarkən çalışın qrammatik səhvlərə yol verməyin. Bu sizin məhsulun axtarışda tapılmamasına gətirib çıxara bilər.
- Məhsulun bütün detalları, xüsusiyyətləri məlumatda qeyd olunmalıdır. Məhsulun məlumatı bölməsində öz sosial şəbəkə hesablarınızı və ya digər keçidləri bildirməyin. Bu məhsulunuzun silinməsinə və ya qəbul edilməməsinə gətirib çıxara bilər.
- Dəqiq olmayan məlumatın göstərilməsi, məhsulun defekt və ya qüsurlarının gizlədilməsi elanın silinməsinə və ya ümumiyyətlə qəbul edilməməsinə səbəb ola bilər.
- Məhsulun məlumatlarında qeyri-etik ifadələrə görə satıcı məsuliyyət daşıyır.
- Şəkil yerləşdirmə
- Məhsulunuza mütləq şəkil əlavə edin. Hər bir elan üçün 8 şəkilə icazə verilir. Unutmayın ki, Keyfiyyətli şəkil birbaşa sizin satışınıza təsir edir.
- Şəkillər keyfiyyətli olmalıdır.
- Şəkillər tək rəngli məhsulla tama fərqlənən arxa fonda olmalıdır.
- Şəkillərin üzərində yazı və ya digər saytlara məxsus loqo olmamalıdır.
- Şəkillərdə reklam xarakterli məlumatlar olmamalıdır.
- Şəkillərdə hər hansısa əlaqə vasitəsinin göstərilməsi qadağandır.
- Məhsulun şəkli məhsula uyğun olmalıdır. Şəkildə yalnız həmin məhsul göstərilməlidir. Bir məhsulun şəkilləri arasında başqa məhsulların şəkilləri olması yolverilməzdir.
- Məhsulun aydın görsənmədiyi, keyfiyyətsiz şəklin yüklənməsinə yol verilmir. Həmçinin, erotik, pornoqrafik, şiddət, təhqir, siyasi tərkibli şəkillərin yerləşdirilməsi qəti qadağandır.
- Məhsulun şəkilləri arasında mütləq şəkildə bu 5 şəklin olmasına diqqət edin: Öndən çəkilmiş foto; arxadan çəkilmiş foto; məhsulun etiketinin fotosu; məhsulun detalının fotosu; məhsulun parçasının fotosu.
- Müştəri Mərkəzi (MM)
- Müştəri Mərkəzi telefonları həftə içi hər gün, saat 10:00-dan 19:00-a qədər işləyir.
- Müştəri mərkəzinə yalnız məhsul sahibi və alıcı müraciət edə bilər.
- Qadağan olunmuş məhsullar
- Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların yerləşdirilməsinə yol verilmir. Məhsulların hərrac yolu ilə satılması qadağandır.
- Reklam xarakterli məlumatların yerləşdirilməsi qadağandır.
- Şübhəli gəlir əldə etmə üsullar barədə məlumat vermək qadağandır.
- İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi və onların adından çıxış etmək qadağandır.
- Qanunvericiliklə satışı qadağan olunan məhsulları satışa çıxarmaq və ya reklam etmək qadağandır.
5.Məhsulun qaytarılması
Alıcı aldığı məhsulu yalnız aldığı gündən etibarən 24 saat ərzində səbəb göstərməklə qaytara bilər,bu zaman ödəniş alıcıya tam şəkildə qaytarılır.24 saat ərzində məhsulla bağlı problemini bildirməyən alıcının rəyi avtomatik olaraq razılıq əldə edilmiş hesab olunur.
Bu qaydaların pozulması hesabınızın bloklanmasına və ya birdəfəlik silinməsinə səbəb ola bilər.
Qaydalar butiklər, istifadəçilər, satıcılar, alıcılar, ödənişli hesab sahibləri daxil olmaqla xidmətdən istifadə edən hər kəsə şamil olunur.
Reluxe Collection platformasının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır və sizə tez-tez bu qaydaları yoxlayıb oxumanızı tövsiyə edir.