1. Məhsulu necə yerləşdirə bilərəm?
Platformaya daxil olduqda "Satışa Başla" və ya "+Yeni elan" bölmələrindən birinə daxil olaraq geyinmədiyiniz paltarların şəkillərini və göstəricilərini qeyd edərək elanınızı yerləşdirə bilərsiniz. Elan yerləşdirilərkən avtomatik olaraq öz qarderobnuzu açmış olursunuz.
2. Satış necə olur?
İstifadəçilər platformada gəzərkən sizin məhsulunuzu görür və bəyəndikdən sonra onu sifariş edirlər. Bizim kuryer sifarişdən dərhal sonra sizinlə əlaqəyə keçir və məhsulu sizə uyğun bir vaxtda və yerdə sizdən götürərək alıcıya çatdırır.
3. Ödənişi necə qəbul edirəm?
Məhsulunuz alıcıya çatdıqdan sonra 24 saat ərzində alıcı defekt və ya şəkildə, məlumatlarda qeyd etmədiyiniz hər hansısa bir çatışmazlıq görməzsə ödənişiniz biz tərəfdən sizin bank kartınıza mədaxil edilir.
4. Necə sifariş edim?
Platformada gəzərək bəyəndiyiniz məhsulu və ya məhsulları səbətinizə əlavə edirsiniz. Daha sonra səbətinizə daxil olub "Ödənişə keç" bölməsindən ödəniş səhifəsinə keçirsiniz.
5. Ödənişi necə edirəm?
Ödənişə keç səhifəsindən məhsulunuzu sifariş edirsiniz. Hal hazırda "Qapıda ödəmə" fuksiyası işləkdir və yalnız kuryer sifariş verdiyiniz məhsulu sizə çatdırdığında ödənişi ona edirsiniz. Heç bir halda məhsul əldə etmədən və ona baxmadan ödəniş etmirsiniz.
6. Aldığım məhsulu geri qaytara bilərəm?
Deffekt, elanda yerləşdirilmiş məzmunda olmayan başqa bir çatışmazlıq və ya ümumiyyətlə elandakı şəkillə əlaqəsi olmayan, ölçüsü, rəngi uyğun gəlməyən məhsulları 24 saat ərzində profilinizdəki "Geri qaytarma tələb et" bölməsindən geri qaytara bilərsiniz. Ödənişiniz sizə dərhal qaytarılır.
7. Çatdırılma necə həyata keçirilir?
Satıcı tərəfdən: Sifariş olduqda kuryerimiz sizinlə ələqəyə keçərək sizə uyğun olan bir yerdən məhsulu sizdən aktlaşdıraraq götürür (bu, məhsulun sığortalanması üçün vacibdir) və alıcıya çatdırılır.
Alıcı tərəfdən: Sifariş verdikdən sonra Bakı şəhəri üzrə 24 saat ərzində, Bakı ətrafı kəndlər, Sumqayıt və Abşeron rayonu üzrə 3 (üç) gün ərzində kuryerimiz sizinlə əlaqəyə keçərək məhsulu sizə uyğun bir yerə gətirib sizə təhvil verir.
Başqa sualınız var?
Müştəri Mərkəzimiz 7/24 sizin xidmətinizdədir. Bizə yazmaqdan çəkinməyin!
Xoş alış-verişlər!