Garderapp platformasına yerləşdirdiyiniz məhsulun satışı yalnız platforma üzərindən olmalıdır.
Yerləşdirdiyiniz məhsul satıldığı təqdirdə bu barədə sizin profil bölməsində mağaza panelində yerləşən Satışlar bölməsində görsənəcək. Siz burada sifarişin detallarına baxa, ödəniş növünə və alıcı məlumatlarına baxa bilərsiniz. Həmçinin qəbz çap edə, məhsul göndərildikdən sonra alıcıların rahatlığı üçün sifarişin statusunu göndərildi olaraq dəyişə bilərsiniz.
Məhsul satıldıqdan dərhal sonra Müştəri Mərkəzindəki əməkdaşlarımız sizinlə əlaqəyə keçərək məhsulun sizdən götürüləcəyi vaxtı dəqiqləşdirəcəklər.
Təyin edilən vaxtda ünvanınıza gələn kuryer vasitəsi ilə məhsul sizdən götürülür.
Kuryer məhsulu bizim ofisə gətirir və bizim əməkdaşlar məhsulu texniki baxışdan keçirir. (Etiketi, deffekti və ya söküyü olub olmaması, material olaraq standardlara cavab verib verməməsi və s.) Baxışdan sonra məhsul lazımdırsa ütülənir, paketlənir və elə həmin gün kuryerə təqdim edilərək alıcıya çatdırılır.
Alıcı məhsulun ödənişini etdikdən sonra 1 (bir) gün ərzində məhsulu aldığını və heç bir probleminin olmadığını qeyd edir. Əgər 1 (bir) gün ərzində bunu etməzsə məhsuldan razı qaldığını təsdiqləmiş olur.
Məhsul alıcıya çatdırıldıqdan sonra qazancınız Mağaza panelindəki Qazanclarınız bölməsində görsənir.
Siz Mağaza panelindəki Hesabdan çıxarış bölməsində qeyd etdiyiniz bank kartı hesabına balansınızda olan məbləğ qədər çıxarış istəyirsiniz. İstəyə görə balansınıza köçürməni aylıq və ya həftəlik də edə bilərsiniz.
Ödəniş sizin platformada qeyd etdiyiniz bank kartına daxil edilir və bu barədə sizə qəbz göndərilir.