Məhsul yerləşdirmə

Məhsul yerləşdirmə qaydası

Garderapp-da məhsul yerləşdirmək çox sadədir. Qeydiyyatdan keçdikdən və platformaya daxil olduqdan sonra məhsul yerləşdirə bilərsiniz.

Bu proses üçün sizə lazım olan tək şey keyfiyyətli və tək rəng fonunda olan şəkillərdir.

Məhsul yerləşdirmək üçün:

  1. Yerləşdirmək istədiyiniz məhsulun şəkillərini tək rəngli (məs.: ağ, sarı, mavi və s.) fonda çəkirsiniz. Sizə bir neçə şəkil lazım olacaq. Əgər məhsulunuz hər hansı brendə aiddirsə mütləq şəkildə məhsulun etikteini çəkməyə çalışın. Bu məhsulunuzun satışına müsbət təsir göstərəcək.
  2. Platformada ana səhifədə yerləşən SATIŞA BAŞLA və ya profildəki mağaza panelindən Yeni Məhsul bölmələrindən elan yerləşdirmə formuna keçid edirsiniz.

     

  3. Açılan məhsul yerləşdirmə formunun birinci hissəsində şəkil əlavə et düyməsini sıxıb yerləşdirmək istədiyiniz məhsulun şəkillərini əlavə edirsiniz. Şəkillər tam yüklənənə qədər gözləyin. Şəkillər yükləndikdən sonra hansı şəklin saytın əsas səhifəsində görsənməsini istəyirsinizsə üzərindəki əsas düyməsini sıxın.

  4. Yerləşdirmək istədiyiniz məhsulun kateqoriyasını seçin. Məs.: Qadın-Üst geyimləri-Palto.
  5. Kateqoriya seçdikdən sonra məlumatlar bölməsində məhsulun nə olduğunu yəni adını və açıqlamasını yazın. Məs.: Başlıq - Ayaqqabı və ya Ətək, ZARA. Açıqlama - Cəmi iki dəfə geyinilib, yeni kimidir.

  6. Burada yerləşən SEO bölməsinə məhsulunuz google axtarış sistemində necə görünməsini istəyirsinizsə o məlumatları qeyd edin. Bu xananı doldurmaq vacib deyil.
  7. Bütün məlumatların düzgün olduğuna əmin olduğunuz halda məhsulun texniki göstəricilərini qeyd etmək üçün aşağıdakı Yadda saxla və davam et düyməsinə sıxın.
  8. Formun ikinci hissəsində məlumatlar bölməsində məhsulun ölçüsünü, vəziyyətini və əgər brenddirsə brendini qeyd edin.

  9. Stok bölməsində bu məhsuldan neçə ədəd olduğunu qeyd edin. Əksər hallarda bu 1 olur.

  10. Məhsulun qiyməti bölməsində məhsulu satmaq istədiyiniz qiyməti qeyd edin. Platforma avtomatik olaraq sizə bu qiymətə görə məhsul satıldığı təqdirdə platforma komissiyasını çıxmaqla nə qədər qazanc əldə edəcəyinizi göstərir. Siz həmçinin burada məhsulunuza endirim də tətbiq edə bilərsiniz.

  11. Son olaraq Göndər düyməsini sıxmaqla sizin məhsul artıq platformaya yerləşmiş olur.

Uğurlu satışlar və bol qazanc! :)

Bu kömək mətni sizi qane etmədi?

Hələ də suallarınız varsa buradan müştəri xidmətlərimizə yaza bilərsiniz. Müştəri xidmətləri ilə əlaqə