Alış prosesi

Məhsulun alış prosesi

Garderap alış-veriş edən istifadəçilərə innovativ alış təcrübəsi yaşadır. Belə ki, alıcılar məhsulu almaq üçün cəmi bir neçə klik etməli olurlar və heç bir ünvan və ya məlumat daxil etmədən sadəcə qeydiyyatdan keçdikləri təməl məlumatlarla sevdikləri məhsulu ala bilərlər.

Seçdiyiniz, bəyəndiyiniz məhsulu almaq üçün məhsulu səbətinizə əlavə edin.

Məhsul seçimini bitirdikdən sonra Səbətə daxil olun.

Burada siz səbətə əlavə etdiyiniz məhsullara baxa, onlara düzəliş edə və əgər varsa kupon kodunuzu daxil edib endirim əldə edə bilərsiniz.

Səbətinizin düzgün olduğundan əmin olduqdan sonra Ödənişə keç düyməsini sıxın. 

Burada 3 ödəniş növündən birini seçin:

  1. MilliÖn/eManat Terminalları vasitəsi ilə - Ödənişinizi sizə verilən koda uyğun olaraq bizim bank hesablarımızdan birinə edirsiniz.
  2. Qapıda ödəmə - Ödənişi məhsul sizə çatdıqdan sonra kuryerə edirsiniz.
  3. Plastik kartla ödəmə - Ödənişinizi hər hansısa bank kartı vasitəsi ilə təhlükəsiz şəkildə edirsiniz.

Ödəniş növünü təsdiqlədikdən sonra sizə ödənişlə bağlı təlimatlar veriləcək. Bundan sonra Sifariş ver düyməsini sıxırsınız. 

Bizim əməkdaşlar sizinlə əlaqəyə keçib məhsulu hara və nə vaxt çatdırılacağını deqiqləşdirirlər.

Bu qədər sizin ödənişiniz artıq qəbul olunub. Ən gec 48 saat ərzində məhsulunuz bizim əməkdaşlar tərəfindən texniki baxışdan keçdikdən və paketlənmədən sonra sizə çatdırılır.

Bu kömək mətni sizi qane etmədi?

Hələ də suallarınız varsa buradan müştəri xidmətlərimizə yaza bilərsiniz. Müştəri xidmətləri ilə əlaqə